TENDER

Tikinti materiallarının satınalınması T E N D E R
07 DEKABR
73

Tikinti materiallarının satınalınması T E N D E R

2017-12-07 12:11:00
Saatlı Suvarma Sistemləri İdarəsi 2018-ci il üçün istismar tədbirlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir.
Lot-1. Tikinti materiallarının satınalınması.
Lot-2. Ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 (əlli ) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev prospekti, 235, Saatlı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: U.Ə.Umudovdan, telefon: 02128-5-20-19 ) ala bilərlər. Dövlət Xəzinədarlıq Agentliyi H/h :AZ 11CTRE 00000000000002354501 VÖEN : 6700035821 Fond 7, maddə 142319 XHK 004061 Kod: 210005 VÖEN: 1401555071 Müxbir hesab: AZ41NABZ 01360100000000003944 SWİFT CTRE AZ İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: -tenderdə iştirak etmək üçün yazılı müraciət; -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalı- dır); -tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış; -iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; -iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; -iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. -müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender prosedurunda iştirak üçün “Dövlət satınalmaları haqqında” qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı və.s barədə müvafiq sənədlər təqdim edilməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 yanvar 2018-ci il saat 18.00-a kimi, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 yanvar 2018-ci il saat 18.00-a qədər Saatlı şəhəri, H.Əliyev prospekti, 235, Saatlı Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 12 yanvar 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287