TENDER

“Azərsu” kotirovka sorğusu keçirir
07 DEKABR
80

“Azərsu” kotirovka sorğusu keçirir

2017-12-07 10:11:00

“Azərsu” ASC qəzaların idarə olunması sistemi üçün qəza xidməti avtomobillərində istifadə olunacaq mobil tətbiqin (naviqasiya proqram təminatı) hazırlanması xidmətinin
satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Fins.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər "Azərsu” ASC-nin Satınalmaların təşkili və İdarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə müraciət edə bilərlər.

Sorğusda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 dekabr 2017-ci il saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Kotirovka təklifləri 12 dekabr 2017-ci il saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287