TENDER

“Azərkosmos” kotirovka sorğusu keçirir
06 DEKABR 2017
288

“Azərkosmos” kotirovka sorğusu keçirir

2017-12-06 09:35:00

2018-ci il yanvarın 14-dən 16-dək Dubay şəhərində keçiriləcək “CABSAT-2018” sərgisində “Azərkosmos” ASC-nin fərdi stendi ilə təmsilçiliyi üçün stendin təşkili məqsədilə kotirovka sorğusu keçirilir.

“Azərkosmos”dan verilən məlumata görə, bu sahədə ixtisaslaşmış və beynəlxalq sərgilərdə stendlərin təşkili işində təcrübəyə malik şirkətlər qeyd olunan sorğuda iştiraka dəvət edilirlər.

Təklif zərfləri imzalanıb möhürlənərək bağlı şəkildə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 72 nömrəli ünvanda 5-ci mərtəbədə yerləşən “Azərkosmos” ASC-yə 12 dekabr 2017-ci il saat 18:00-a qədər təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunmuş zərflər qəbul edilməyəcək.

Təklif zərfləri 13 dekabr 2017-ci il saat 12:00-da qeyd olunan ünvanda açılacaq.

Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən iddiaçı şirkətlər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256