TENDER

Maliyyə Nazirliyi tender elan edir
22 NOYABR 2017
399

Maliyyə Nazirliyi tender elan edir

2017-11-22 16:09:00

Maliyyə Nazirliyi AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 3 lot üzrə keçirilir::

lot 1 - Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən Karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsində istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılmasının hazırlanması işləri
lot 2 - Daşkəsən rayonu ərazisindəki Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsinin hazırlanması işləri
lot 3 - Anod çubuqlarının Azərbaycan Respublikasının ərazisində (Gəncə şəhərində) istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.Vurğun küçəsi 135 (AZ1022) (Əlaqələndirici şəxs :Zaman Hüseynov (e-mail: [email protected]), telefon :(+99412) 404-46-99 (daxili 268)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 300 manat 
lot 2 - 300 manat 
lot 3 - 300 manat 

Hesab: AZ83CTRE00000000000002108571
VÖEN 1400108191
Bank: Dövlət Xəzinədarlığı Agentliyi  
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BİK: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: -Hər bir lotun predmeti üzrə beş ildən çox iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər; -Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir; -İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat; -İdiiaçının malik olduğu beynəlxalq sertifikatların əsli və surəti (sertifikatın əsli onun surəti ilə üzləşdirildikdən sonra iddiaçıya qaytarılacaqdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-12-13 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-12-25 10:00qədər Bakı şəhəri, S.Vurğun küçəsi 135, III mərtəbə, 350-ci otaq ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-12-26 10:00 tarixində Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022, S.Vurğun küçəsi, 135, III mərtəbə, 319-cu otaq ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276