TENDER

Azərbaycan İpoteka Fondu təkliflər sorğusu elan edir
16 NOYABR 2017
300

Azərbaycan İpoteka Fondu təkliflər sorğusu elan edir

2017-11-16 10:55:00

Azərbaycan Respublikasının Azərbaycan İpoteka Fondu ASC   , 
Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu (ABMUS) proqramında zəmanət modulunun yaradılması xidmətinin 
təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (+99412) 441-24-23 (daxili 133) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 2017-11-27 18:00 tarixinədək qəbul olunur .

Azərbaycan İpoteka Fondu ASC (bundan sonra Cəmiyyət) Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 661 №-li Fərmanı ilə yaradılan və bütün səhmləri dövlətə məxsus olan hüquqi şəxsdir. Cəmiyyət barədə ətraflı məlumatları http://www.amf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar. Satınalma üzrə prosedurlar 08 dekabr 2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır. Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:- satınalmada iştirak etmək üçün ərizə; - iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;- Təklif; - Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti); - iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;- Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;- iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar); Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir. Xidmətin icra müddəti: “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu (ABMUS) proqramında zəmanət modulunun yaradılması xidməti satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 30 gün müddətində Cəmiyyətə təqdim edilməlidir.Satınalmanın Xidmət təklifləri sorğusu Azərbaycan dilində tərtib olunmuşdur.Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra satınalmanın Xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcəkdir: Azərbaycan İpoteka Fondu ASC, Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40; VÖEN: 1403502281H/h: AZ57NABZ01360450000000005944; Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı; VÖEN: 9900071001; Kоd: 501004;M/h: AZ74NABZ01451700000000001944S.W.I.F.T bik: NABZAZ2C İştirak haqqı heç bir halda geri qaytarılmır.Satınalma üzrə ilkin sənədlər 27 noyabr 2017-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 07 dekabr 2017-ci il tarixinədək qəbul ediləcəkdir. Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277