TENDER

“Azəristiliktəchizat” mal-material alır
31 OKTYABR
106

“Azəristiliktəchizat” mal-material alır

2017-10-31 09:09:00

“Azəristiliktəchizat” ASC izolyasiya materialları və müxtəlif tipli mal-materialların satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Fins.az Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvana müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 3 noyabr 2017-ci il saat 15.00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Təklif zərfləri 6 noyabr 2017-ci il saat 11:00-da açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291