TENDER

Kənd Təsərrüfatı Nazirliyi – TENDER
27 OKTYABR
191

Kənd Təsərrüfatı Nazirliyi – TENDER

2017-10-27 14:26:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi laboratoriya avadanlıqlarının satınalınması ilə əlaqədar A Ç I Q T E N D E R E L A N E D İ R
Lot– 1. Respublika Baytarlıq Laboratoriyası üçün avadanlıqların satınalınması.
Lot– 2. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları üçün laboratoriya avadanlıqlarının satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşa- ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80, 7-ci mərtəbə, 719-cu otaqdan (əlaqələndirici şəxs: Tariyel Bağırov, telefon: (+012) 498-08-44, daxili nömrə 188) ala bilərlər. İştirak haqqı lot-1:200 manat, lot– 2 isə 250 manatdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi H/h: AZ94CTRE00000000000002188301 VÖEN: 1700069791 Bank:Dövlət Xəzinədarlıq Agentliyi Kod: 210005 VÖEN: 1401555071 M/H: AZ- 41NABZ01360100000000003944 S.W.İ.F.T: CTREAZ22 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; - əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satı- nalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 noyabr 2017-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 noyabr 2017-ci il saat 17.00-dək Üzeyir Hacıbəyli küçəsi, 80, 7-ci mərtəbə, 755-ci otağa təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 noyabr 2017-ci il saat 17.00-da Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80, 7-ci mərtəbə, 722-ci otaqda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289