TENDER

ADIF qiymətləndirici axtarır
17 OKTYABR
234

ADIF qiymətləndirici axtarır

2017-10-17 16:24:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu bankların daşınan və daşınmaz əmlakları üzrə qiymətləndirmə xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.

Məlumata görə, kotirovka təklifləri oktyabrın 31-nə qədər ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı ofisində qəbul olunur. Əlaqələndirici şəxs Mahirə İsmayılovadır (tel.: (055) 409-92-02).

Zərflər noyabrın 1-də, saat 11:00-da qeyd olunan ünvanda açılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291