TENDER

"Günay Bank" tender elan edir
15 SENTYABR
277

"Günay Bank" tender elan edir

2017-09-15 15:14:00

"Günay Bank" Açıq Səhmdar Cəmiyyəti yeni açılacaq filialının əsaslı təmir və dizayn işləri məqsədilə açıq tender elan edir.

Tender sənədləri ilə “Günay Bank” ASC-nin Bakı şəhər Aşıq Alı küçəsi 3A ünvanında yerləşən baş ofisində və yawww.gunaybank.com saytında tanış olmaq mümkündür.

Tender iştirakçılarına təklif olunur ki, öz yazılı təkliflərini qeyri-şəffaf zərfdə, bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: münasib qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti.

Əlaqələndirici  şəxs: Elşən Allahverdiyev mob: 0503382035

mail: [email protected]

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

Tenderdə iştirak etmək üçün sənədlər Bakı şəhər Aşıq Alı küçəsi 3A ünvanda yerləşən “Günay Bank” ASC-nin baş ofisinə təqdim olunmalıdır. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294