TENDER

Şahdağ Turizm Mərkəzi tender keçirir
25 AVQUST
318

Şahdağ Turizm Mərkəzi tender keçirir

2017-08-25 12:01:00

 Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC çap xidmətinin və təşviqat məhsullarının satın alınması məqsədilə açıq tender elan edib.

Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 2-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 9-na qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanındakı ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır (tel: (012) 465 09 45).

Təkliflərə oktyabrın 10-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” QSC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37,777 mln. manatdır. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293