TENDER

Maliyyə Nazirliyi tender keçirir
24 AVQUST
304

Maliyyə Nazirliyi tender keçirir

2017-08-24 13:33:00

Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının hazırlanması məqsədilə açıq tender elan edir. Fins.az xəbər verir ki, açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə 1000 000 ədəd viza blankının çapı təklif olunur.

Tender proseduru 2017-ci il sentyabrın 26-sı saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, 338-ci otaq) keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285