TENDER

Sərhəd Xidməti tender elan edir
17 AVQUST
282

Sərhəd Xidməti tender elan edir

2017-08-17 14:03:00

AR Dövlət Sərhəd Xidməti AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 8 lot üzrə keçirilir::

lot 1 - Gəmi və katerlər üçün ehtiyyat hissələri
lot 2 - Gəmi və katerlər üçün müxtəlif boyalar
lot 3 - Gəmi və katerlər üçün müxtəlif filtirlər
lot 4 - Xilasedici salların və yanğınsöndürmə balonlarının şəhadətləndirilməsi işləri
lot 5 - Alternativ enerji mənbəyi sisteminin alınaraq quraşdırılması və radio-rabitə avadanlıqları üçün ehtiyyat hissələri
lot 6 - 701, 703, 704, 503 saylı gəmilərin, 401, 402, 403, 405, 406, 407, 408 saylı katerlərin və 7 ədəd itisürətli qayıqların təmir işləri
lot 7 - 701, 703, 704 saylı gəmilərin avtomatik və elektronika sistemlərinə illik servis xidmətinin göstərilməsi işləri
lot 8 - Gəmilərin kondisioner sistemləri üçün "Qlukol" xüsusi maye və dalğıclar üçün yay geyimləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Z.Əileva küçəsi 30(Əlaqələndirici şəxs :(012) 498-01-36, telefon :Bakı şəhəri, Z.Əileva küçəsi 30) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 1100 manat 
lot 2 - 200 manat 
lot 3 - 150 manat 
lot 4 - 250 manat 
lot 5 - 250 manat 
lot 6 - 250 manat 
lot 7 - 80 manat 
lot 8 - 30 manat 

Hesab: AZ19CTRE00000000000002388501
VÖEN 1700360581
Bank: Dövlət Xəzinədarlıq Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BİK: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:  

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-09-19 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-09-28 16:00qədər Bakı şəhəri, Z.Əileva küçəsi 30 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-09-29 15:00 tarixində Bakı şəhəri, Z.Əileva küçəsi 30 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294