TENDER

Milli Elmlər Akademiyası tender elan edir
16 AVQUST
338

Milli Elmlər Akademiyası tender elan edir

2017-08-16 11:55:00
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 2017-ci ildə malların satınalınması məqsədilə 
AÇIQ TENDER ELAN EDİR
Tender  3 lot üzrə keçiriləcəkdir.
Lot-1– AMEA-nın  elmi müəssisə və təşkilatları üçün elmi avadanlıq, cihaz və digər vasitələrin satınalınması.
Lot-2– AMEA-nın Biofizika İnstitutu və İşlər idarəsinin 1 və 2 nömrəli laboratoriyaları üçün zəruri avadanlıqların satınalınması.
Lot-3– AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu üçün zəruri avadanlıqların satınalınması.
Maraqlananlar hər bir lot üçün 50 (əlli) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsi
VÖEN 1700007431
Bank: DXA
kod 210005
VÖEN 1401555071
M/H AZ41NABZ01360100000000003944
H/H AZ28CTRE00000000000004138316
 SWİFT: CTREAZ22.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün açağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra  ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub- olmaması  barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
Malgöndərən (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 19 sentyabr 2017-ci il saat 18.00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon 012-492-59-76) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərflərdə 29 sentyabr 2017-ci il saat 18 .00 –dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30 nömrəli  ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında  tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri  2 oktyabr 2017-ci il saat 11 .00 -da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləçəkdir.
Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287