TENDER

“BakuBus” İveco markalı avtobuslara təkərlərin tədarükçüsünü seçir
09 AVQUST
380

“BakuBus” İveco markalı avtobuslara təkərlərin tədarükçüsünü seçir

2017-08-09 11:25:00

«BakuBus» MMC 302 ədəd İveco markalı avtobusa təkərlərin tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.

«Seçim açıq tender metodu ilə keçirilir. Tenderin qalibi 302 ədəd İveco markalı avtobusa (151 ədəd İveco Crealis və 151 ədəd İveco Urbanway) tələb olunan 275/70R22.5 ölçüsündə təkərlər tədarük etməlidir», - deyə elanda bildirilir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 2000 manatdır.

Tender təklifləri təklif dəyərinin5%-ihəcmində bank təminatıilə sentyabrın 21-də qəbul olunur. Tender proseduru sentyabrın 22-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296