TENDER

Maliyyə Nazirliyi tender elan edir
28 İYUL
277

Maliyyə Nazirliyi tender elan edir

2017-07-28 08:50:00

Azərbaycan Respublikası Maliyyə Nazirliyi AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması (çap olunması)

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S. Vurğun küçəsi-135(Əlaqələndirici şəxs :Aydın İsayev, telefon :(99412) 404-46-94) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 500 manat 

Hesab: AZ83CTRE00000000000002108571
VÖEN 1400108191
Bank: Dövlət Xəzinədarlıq Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 3 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: İddiaçılarda olduğu halda beynəlxalq sertifikatların surətləri; tender təklifini imzalamaq hüququnun olması haqqında vəkalətnamə (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); iddiaçının Azərbaycan Respublikasında səlahiyyətli nümayəndəsi (nümayəndəliyi) olduqda onun müvafiq dövlət orqanında qeydiyyata və ya uçota alınması barədə təsdiq edici sənədlərin surətləri; satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxsin olmaması (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır); satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçuların peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi və axırıncı bir ildə (əgər daha az müddət fəaliyyət göstəribsə, bütün fəaliyyəti dövründə) məhkəmə araşdırmasına cəlb olunub-olunmaması haqqında dəqiq məlumat (əlavə edilmiş standart formaya uyğun təqdim olunmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-08-30 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-09-07 11:00qədər Bakı şəhəri, S. Vurğun küçəsi-135 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-09-08 11:00 tarixində Bakı şəhəri, S. Vurğun küçəsi-135 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287