TENDER

Maliyyə Bazarlarına Nəzarət Palatası tender elan edir
20 İYUL
531

Maliyyə Bazarlarına Nəzarət Palatası tender elan edir

2017-07-20 10:10:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması üzrə açıq tender elan edib. 

Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. 

İddiaçılar ilkin sənədləri avqustun 10-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 18-nə qədər Palatanın Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Dilqəm Osmanov və Vüsal Həsənovdur. Telefon: (012) 493 50 58, daxili nömrələr müvafiq olaraq 437 və 346.

Təkliflərə avqustun 21-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Mallar müqavilə bağlandıqdan sonra 60 gün ərzində təhvil verilməlidir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287