TENDER

Səhiyyə Nazirliyi tender elan edir
13 İYUL
90

Səhiyyə Nazirliyi tender elan edir

2017-07-13 11:33:00
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot –1. Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi (birinci mərhələ üzrə) işlərinin satınalınması.

Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar:

- tikinti -quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;

- müəssisənin maddi -texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;

- səhiyyə obyektlərinin tikintisi sahəsində müəssisənin ən azı 3 il iş təcrübəsini təsdiq edən sənədlər;

- müəssisənin son 3 ildə tikinti sahəsində maliyyə dövriyəsi (20,0 milyon manatdan az olmamaq şərti ilə).

İştirakçılar lot üçün 800,0 (səkkiz yüz) manat məbləğdə iştirak haqqını qeyd olunmuş hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, tel 565-12-41) ala bilərlər;

Rekvizitlər:

B1. Benefisiar (alan) bank/ Beneficiary Bank

Adı/Name  DXA

Kodu/Code 210005

VÖEN/INT 1401555071

Müxbir hesab/

Corr.Acc.  AZ41NABZ 01360100000000003944

S.W.I.F.T./S.W.I.F.T.CTREAZ22

B2. Alan müştəri/ Beneficiary

Adı/Name AR Səhiyyə Nazirliyi

Hesab №/Account № AZ81CTRE00000000000002128201

VÖEN/INT      1400049171

Fond 7 maddə 142340

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərflərdə 24 avqust 2017-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə “əsli’’, “surəti’’ sözləri qeyd edilməlidir.

İştirakçılar aşağıdakı sənədləri 17 avqust 2017-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşı və gələcəkdə davamlı şəkildə mənfəətli olduğunu nümayiş etdirən son beş (5) ili əks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya tender iştirakçısının ölkə qanunu ilə tələb olunmadığı halda sifarişçini qane edəcək digər maliyyə hesabatları (ən azından tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

- iddaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda yəni, 17 avqust 2017-ci il saat 17.00-a qədər tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender təklifi zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.

Tender təkliflərinin təqdiminin son tarixi 24 avqust 2017-ci il saat 17.00-dır.

Təklif zərflərinin açılışı 25 avqust 2017-ci il saat 16.00 -da olacaqdır.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289