TENDER

"AZAL" tender elan edir
13 İYUL
313

"AZAL" tender elan edir

2017-07-13 10:18:00

“Azərbaycan Hava Yolları” QAPALı SəHMDAR CəMIYYəTI AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - 100000 (yüz min) ton “TS-1” markalı reaktiv aviayanacağın (DÜİST 10227-2013) satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, AZ 1044, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu(Əlaqələndirici şəxs :Viktor Kozırev, telefon : (+99412) 497-26-00, əlavə: 29-46; 497-28-27; 437-49-36) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 5000 manat 

Hesab: AZ15AZAL38050001000000000000
VÖEN 9900000831
Bank: “Bank Silk Vey” ASC 
Kodu: 507473
VÖEN: 9900006241
M/H: AZ70NABZ 01350100000000020944
S.W.İ.F.T: AZAL AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: - iddiaçının oxşar işlərinin aparılması üzrə təcrübəsi haqqında arayış (son 3 ildə azı 2-3 ədəd müvəffəqiyyətlə icra olunmuş işlər olmalıdır), təşkilatların siyahısı, ünvanları və icra olunmuş işlərin məbləğini göstərməklə; - tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; - tender təklifinin qiymətləri, bütöv sifariş üzrə. Malgöndərənlərə təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə tender təkliflərini yazılı surətdə, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə Azərbaycan və ya rus dilində təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: - sərfəli qiymət; - yüksək keyfiyyət; - müqavilənin vaxtında yerinə yetirilməsi; - analoji işlərdə təcrübə. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Lot üzrə satınalınan malların mərhələlərlə sifarişə əsasən Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırılması tələb olunur və ödəniş 2017-ci ilin sonuna qədər faktiki çatdırılmış reaktiv aviayanacağın həcminə əsasən həyata keçiriləcək.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017/08/10 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-08-18 18:00qədər Bakı şəhəri, AZ 1044, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-08-21 11:00 tarixində Bakı şəhəri, AZ 1044, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285