TENDER

Təhsil Nazirliyi tender elan edir
19 İYUN
126

Təhsil Nazirliyi tender elan edir

2017-06-19 08:40:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfaqthesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi (IKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 3 lot üzrə keçirilir::

lot 1 - Goranboy rayonu Qurbanzadə kənd tam orta məktəbinin cari təmiri;
lot 2 - Goranboy şəhər R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziyanın cari təmiri;
lot 3 - Biləsuvar şəhər R.Ağayev adına internat tipli məktəb liseyin cari təmiri 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi(Əlaqələndirici şəxs :Sirac Əliyev, telefon :465 73 48 (daxili 151)) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 200 manat 
lot 2 - 200 manat 
lot 3 - 200 manat 

Hesab: AZ06IBAZ38030029441856517120
VÖEN 1500016711
Bank: Azərbaycan Beynəlxalq Bankı ASC 
Kodu: 805250
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: İBAZАZ 2Х

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-07-12 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-07-20 09:00qədər Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-07-21 15:00 tarixində Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288