TENDER

Mərkəzi Bank tender elan edir
31 MAY 2017
307

Mərkəzi Bank tender elan edir

2017-05-31 09:31:00
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lotlar üzrə AÇIQ  TENDER  ELAN  EDİR
Lot- 1. Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması işlərinin satınalınması.
Lot -2. Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işlərinin satınalınması.
Tender proseduru 18 iyul 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.
Tender ödənişsizdir.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak üçün yazılı müraciət (ərizə);
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini
təsdiq edən sənəd;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 29 avqust 2017-ci ilədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 % (bir faizi) məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 17 iyul
2017-ci il saat 18.00-a  qədər ikiqat
zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 6 iyul 2017-ci il saat 18.00-a qədər bağlı zərflərdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Malların təchizatı və işlərin görülməsi müddəti:
Lot -1. satınalma müqaviləsi imzalandığı gündən 120 (bir yüz iyirmi) təqvim günü müddətində;
Lot – 2. satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) təqvim günü müddətində.
 Qiymətləndirmə meyarları:
Lot – 1. qiymət və zəmanət şərtləri;
Lot -2. qiymət və texniki amillər (iş təcrübəsi və əməkdaşların peşəkarlığı, zəmanət şərtləri).
Tenderdə iştirak etmək istəyən hər bir şəxs Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş müvafiq lot üzrə tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Əlaqələndirici şəxslər: Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 428), elektron poçt ünvanı: elvin _shirdanov@cbar.az
Ceyhun Səməndov (inzibati departamentin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 599), elektron poçt ünvanı: ceyhun _samandov@cbar.az
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267