TENDER

Ədliyyə Nazirliyi tender elan edir
23 MAY 2017
279

Ədliyyə Nazirliyi tender elan edir

2017-05-23 08:22:00
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Qlobal Fondun İİV layihəsi çərçivəsində gigiyenik paketlərin satınalınması ilə əlaqədar AÇIQ  TENDER  ELAN  EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot-1. Gigiyenik paketlərin satınalınması.
Mallarla təchiz olunma müddəti – 2017-ci il ərzində.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 16/18 nömrəli ünvanda yerləşən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi (əlaqələndirici şəxs: Quliyev Samir Bəkir oğlu, telefon: 012-567-48-86 (daxili 21) ala bilərlər.
Tenderdə iştirak ödənişsizdir.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 iyun 2017-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 22 iyun 2017-ci il saat 18.00-a qədər, Bakı, Ceyhun Hacıbəyli küçəsi, 16/18 nömrəli ünvanda yerləşən ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 23 iyun 2017-ci il saat 17.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254