TENDER

Sumqayıt Dövlət Universiteti tender elan edir
18 MAY 2017
238

Sumqayıt Dövlət Universiteti tender elan edir

2017-05-18 09:21:00
Sumqayıt Dövlət Universiteti Birinci tədris korpusunun üzlük tavalarının yenilənməsi işlərinin satınalınması üçün 
Açıq tender elan edir
Tender 1 lot üzrə keçiriləcəkdir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Lot-1. Sumqayıt Dövlət Universitetinin birinci tədris korpusunun üzlük tavalarının yenilənməsi işlərinin satınalınması.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 800 (səkkiz yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, 43-cü məhəllədən (əlaqələndirici şəxs-Rövşən Rüstəmov tel: (+99412) 448 44 56) ala bilərlər.
Təşkilat: Sumqayıt Dövlət Universiteti
Bankın adı: “Kapital Bank” ASC-nin Sumqayıt filiali
Kod:   200253
VÖEN: 9900003611
M/ h:  AZ37NABZ01350100000000001944
BİK:   AIIBAZ2X
H/h:    AZ35AIIB38060019440146617125
VÖEN: 2900367701
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
-tenderdə iştirak üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflər açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 %-i həcmində təklifin təminatı-bank zəmanəti (zərflər açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-iddiaçılar haqqında tələb olunan sənədlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- sənədlər təqdim olunan vaxtda DSMF-yə verilmiş hesabatın surəti və DSMF-nin arayışı;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat (geniş arayış).
İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 27 iyun 2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 4 iyul 2017-ci il saat 17.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 5 iyul 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıt Dövlət Universitetinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301