TENDER

Mərkəzi Bank tender elan edir
12 MAY 2017
323

Mərkəzi Bank tender elan edir

2017-05-12 10:01:00
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lotlar üzrə AÇIQ  TENDER  ELAN  EDİR
Lot -1. Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materialların satınalınması:
– termoyapışqanlı kağız lent (ağ).
– termoyapışqanlı kağız lent (rəngli haşiyəli).
– termoyapışan selofan lent.
– qablaşdırıcı maşın üçün CRYOVAC tipli termoyığışan selofan lent və sairə.
Lot -2. Azərbaycan Respublikası Mərkəzi Bankının tələbatına uyğun metal pul nişanlarının emalı üçün qəpiksayan sistemin satınalınması.
Tender proseduru 13 iyun 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün yazılı müraciət (ərizə);
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
– iddiaçının müvafiq sahədə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;
– əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;
– Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 28 iyul 2017-ci ilədək qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 faizi   məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 12 iyun 2017-ci il saat 18.00-a qədər ikiqat zərflərdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 1 iyun 2017-ci il saat 18.00-a qədər bağlı zərflərdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına  iştirak etdiyi hər bir lot üçün 50 (əlli) manat məbləğdə vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
H/h: AZ25NABZ 01701190000000001944
Kod: 501004
M/h: AZ74NABZ 01451700000000001944
 VÖEN: 9900071001
Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilən hesaba ödəyə bilərlər:
Central Bank of the Republic of Azerbaijan.
Central Bank of the Republic of Azerbaijan
USD correspondent bank: BKTRUS33
Deutsche Bank Trust Company Americas, New York
Beneficiary bank: NABZAZ2X
Central Bank of the Republic of Azerbaijan, Acc. number: 04419124
Beneficiary: Internal account for tender incomings
Acc. number: AZ25NABZ01701190000000001944
Malların təqdim edilməsi müddəti:
satınalma müqaviləsinin imzalandığı gündən ən geci 60 (altmış) təqvim günü ərzində.
Qiymətləndirmə meyarları:
-qiymət amili, texniki amil (malların keyfiyyəti və zəmanət şərtləri).
Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Fərhad Məmmədov, telefon: 493 11 22 (309), faks: 493 73 74, elektron poçt ünvanı:  [email protected]
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301