TENDER

Biləsuvar Suvarma Sistemləri İdarəsi tender elan edir
11 YANVAR
169

Biləsuvar Suvarma Sistemləri İdarəsi tender elan edir

2017-01-11 14:20:00

Biləsuvar Suvarma Sistemləri İdarəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 5 lot üzrə keçirilir::

lot 1 - Mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması
lot 2 - Mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması
lot 3 - Tikinti materiallarının satın alınması
lot 4 - Əsaslı təmir işləri üçün ehtiyat hissələrinin satın alınması
lot 5 - Avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Biləsuvar şəhəri, Babək küçəsi, 5(Əlaqələndirici şəxs :T.Eyvazov, telefon :5-00-34) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 50 manat 
lot 2 - 50 manat 
lot 3 - 50 manat 
lot 4 - 50 manat 
lot 5 - 50 manat 

Hesab: AZ95CTRE 00000000000002352601
VÖEN 4100023151
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ 41 NABZ 01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-02-14 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-02-22 18:00qədər Biləsuvar şəhəri, Babək küçəsi, 5 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-02-23 11:00 tarixində Biləsuvar şəhəri, Babək küçəsi, 5 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286