TENDER

GLOBAL ŞİRKƏT tender elan edir
28 DEKABR 2016
333

GLOBAL ŞİRKƏT tender elan edir

2016-12-28 12:32:00

GLOBAL ŞİRKƏT AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir:

Lot 1 – Fabrikdə keytring xidmətinin (şirkət personalının yemək xidməti ilə təmin olunması) satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binəqədi ray., Sulutepe qəs. (Əlaqələndirici şəxs: Asim Əliyev, telefon :012 346-18-09, dax 177) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat

Hesab:   

Benefisiar(alan) bank:           

Adı:     "Azər-Türk Bank" ASC

Kodu: 507699

VÖEN: 9900006111

Müxbir hesab: AZ02NABZ01350100000000022944

S.W.I.F.T. Bik: AZRTAZ 22

Hesab N-si  (IBAN): AZ39AZRT40060019440000146001

VÖEN: 9900039011 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1.       Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2.       Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3.       Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4.       Tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5.       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6.       İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7.       İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8.       İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9.       Digər sənədlər: İddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 25.01.2017 tarixinə qədər Bakı şəhəri, Binəqədi ray., Sulutepe qəs. (Əlaqələndirici şəxs: Asim Əliyev, telefon :012 346-18-09, dax 177)  ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26.01.2017 tarixində saat-15:00 Bakı şəhəri, Binəqədi ray., Sulutepe qəs.-ki fabrikdə “Satınalma Departamenti”ndə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8492
  • ₽ RUB
    0.0305