TENDER

Neftçala Suvarma Sistemləri İdarəsi tender elan edir
26 DEKABR 2016
202

Neftçala Suvarma Sistemləri İdarəsi tender elan edir

2016-12-26 09:24:00

Neftçala Suvarma Sistemləri İdarəsi  AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 4 lot üzrə keçirilir::

lot 1 - Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin,materiallarının və sürtkü yağlarinin satınalınması
lot 2 - Nasos ,mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri materialların satınalınması
lot 3 - Təmir tikinti işləri üçün inşaat materialları və dəmir məmulatlarının satınalınması

lot 4 - Elektrik mühərriklərinin əsaslı təmir işlərinin satınalınması 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ünvanı bura yazın:Neftçala şəhəri VII məhəllə,Neftçala Suvarma Sistemləri İdarəsi(Əlaqələndirici şəxs :Mehnətov Pənah Sabir Oğlu, telefon :0212633045) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 50 manat 
lot 2 - 50 manat 
lot 3 - 50 manat 
lot 4 - 50 manat 

Hesab: AZ95AİİB32051019446400201164
VÖEN 6500023981
Bank: Kapital Bankın Neftçala Filialı 
Kodu: 2006640
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Əlavə olunur

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-01-27 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-02-06 18:00qədər Neftçala şəhəri ,VII məhəllə , Neftçala Suvarma Sistemləri İdarəsi ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-02-07 11:00 tarixində Neftçala şəhəri VII məhəllə ,Neftçala Suvarma Sistemləri İdarəsi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287