TENDER

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tender elan edir
16 DEKABR 2016
313

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tender elan edir

2016-12-16 09:48:00

ƏMLAK MəSəLəLəRI DöVLəT KOMITəSININ YANıNDA DAşıNMAZ ƏMLAKıN DöVLəT REYESTRI XIDMəTININ 13 SAYLı ƏRAZI İDARəSI AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - 13 saylı Ərazi İdarəsinin arxivi üçün əlavə tikilinin inşası

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası, Şirvan şəhəri, Heydər Əliyev prospekti, 20 (Əlaqələndirici şəxs :Mustafayev Nəriman Rəşid oğlu , telefon :(012) 585-45-04) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat 

Hesab: AZ20AIIB33010019444100251141
VÖEN 2100188921
Bank: Kapital Bankın Şirvan filialı  
Kodu: 200413
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Tender iştirakçılarının (iddiaçıların) son 3 (üç) ildə yerinə yetirdikləri işlər (analoji işlərinin dəyəri tender predmetinin qiymətinə müvafiq olmalıdır) barədə məlumatlar; İddiaçının müvafiq tikinti işlərinin görülməsinə olan xüsusi icazə (lisenziya)sənədinin surəti; İddiaçının mülkiyyətində olan maşın, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayış; İddiaçının ixtisas göstəriciləri haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017/01/17 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017/01/25 17:00qədər Şirvan şəhəri, Heydər Əliyev prospekti, 20 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017/01/26 12:00 tarixində 13 saylı Əraz İdarəsinin Şirvan şəhəri, Heydər Əliyev prospekti, 20 ünvanında yerləşən inzibati binası ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298