TENDER

BakuBus tender elan edir
24 NOYABR
102

BakuBus tender elan edir

2016-11-24 08:55:00

BAKUBUS AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu 1-ci km. 1 ünvanında və Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106 H ünvanında yerləşən 1 və 2 saylı Deponun - inzibati binanın otaqlarının, köməkçi binaların, təmir sexinin, anbarların, avtobus parkının ərazisinin, yaşılıq sahələrinin qulluğu, təlim tədris mərkəzinin inzibatı binasının və ərazisinin təmizlənməsi və avtobusların daxilinin təmizlənməsi üzrə xidmətlər

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu 1-ci km. 1 ünvanında ‘’BakuBus’’ MMC(Əlaqələndirici şəxs :Əcəmov İlqar , telefon :077 250 40 40) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 2000 manat 

Hesab: AZ59AZRT38050019440004549002
VÖEN 1701622931
Bank: AZƏR-TÜRK BANK ASC Mərkəz filialı 
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-12-30 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-01-11 17:00qədər Zığ-Hövsan yolu 1-ci km. 1 ünvanında “BakuBus” MMC-nin inzibati binası ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2017-01-11 17:00 tarixində Zığ-Hövsan yolu 1-ci km. 1 ünvanında “BakuBus” MMC-nin inzibati binası ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270