TENDER

DSMF tender elan edir
02 NOYABR
161

DSMF tender elan edir

2016-11-02 14:48:00

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosia Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 4 lot üzrə keçirilir::

lot 1 - Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondun aparatında kondisionerlərin təmir işlərinin satın alınması.
lot 2 - Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondun aparatında server mərkəzinin kəsintisiz qidalandırma mənbəyi avadanlıqlarının (UPS) yenilənməsi işlərinin satın alınması.
lot 3 - Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondun aparatında istifadə olunacaq azqiymətli avadanlıqların və əşyaların satın alınması.
lot 4 - Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondun aparatında istifadə olunan kompyuter və elektron avadanlıqların təmiri işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı ş. H.Zərdabi pr.-ti 80(Əlaqələndirici şəxs :Tender komissiyası, telefon :012 530 29 03) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 100 manat 
lot 3 - 100 manat 
lot 4 - 100 manat 

Hesab: AZ46CTRE00000000000007018504
VÖEN 1300050781
Bank: Dövlət Xəzinadarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: İddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-12-01 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-12-09 17:00qədər Bakı ş.H.Zərdabi pr.80 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-12-12 12:00 tarixində Bakı ş.H.Zərdabi pr.80 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270