TENDER

Sumqayıt İcra Hakimiyyəti tender elan edir
24 OKTYABR
91

Sumqayıt İcra Hakimiyyəti tender elan edir

2016-10-24 11:36:00
Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi 2017- ci ilə Hacı Zeynalabdin qəsəbə uşaq bağçalarına ərzaq məhsullarının satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR:

Lot - 1. 2017- ci ilə Hacı Zeynalabdin qəsəbə uşaq bağçalarına ərzaq məhsullarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda qeyd olunan Lot üzrə öz yazılı tender təkliflərini möhürlənmiş,imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: sərfəli tender təklifinə, yüksək keyfiyyətə,müqavilənin vaxtında yerinə yetirilməsinə və iddiaçının maliyyə vəziyyətinə.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Müqavilə il ərzində yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər Lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi,Q.Qarayev küçəsi,
10 nömrəli ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs: Əliyev Ramil Dilavər oğlu

İştirak haqqı -  Lot 1 – 180 manat

Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində Nümayəndəliyi

VÖEN № 2900329461

Dövlət Xəzinədarlığı Agentliyi

Kod : 210005

VÖEN: 1401555071

M/H : AZ 41 NABZ 01360100000000003944

S.W.I.F.T. BIK : CTREAZ 22

H/H: AZ 84 CTRE00000000000002516632

Büdcə təşkilatının kodu : 142340

Fond : 7Y

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin ­açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- podratçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı;

- podratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 12 dekabr 2016- cı il saat 18.00- a qədər möhürlənmiş, ikiqat zərfdə, bank təminatı və tender təkliflərini isə 19 dekabr 2016- cı il saat 18.00- a kimi Hacı Zeynalabdin qəsəbəsi,
Q. Qarayev  küçəsi, 10 nömrəli ünvanda Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə təqdim etməlidirdər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26 dekabr 2016- cı il saat 15.00- da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçılırn səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270