TENDER

“Şahdağ Turizm Mərkəzi” tender elan edir
19 OKTYABR
155

“Şahdağ Turizm Mərkəzi” tender elan edir

2016-10-19 12:39:00
Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” QSC Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.

Lot-1. İstirahət edənlər üçün hamam və otaq ləvazimatlarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, ev 2b (əlaqələndirici şəxs : Kəmalə Süleymanova, telefon :(012) 4650945) nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı:  250 manatdır.

Hesab: AZ  53 AİİB  33010019444805754148

VÖEN: 4700664781

Bank:  “Kapital Bank” ASC-nin Qusar Rayon filialı

Kod: 200480

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, ­qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının təcrübəsini təsdiqləyən sənədlər;

- iddiaçının maddi-texniki bazasını göstərən sənədlər ­(anbarda olan malın həcminin bazar qiymətləri ilə dəyəri).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 dekabr 2016-cı il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 dekabr 2016-cı il saat 16.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, ev 2b  nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 13 dekabr 2016-cı il saat 16.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, ev 2b nömrəli  ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri təklif zərflərinin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275