TENDER

Təhsil Nazirliyi tender elan edir
29 SENTYABR
139

Təhsil Nazirliyi tender elan edir

2016-09-29 11:54:00

 AZəRBAYCAN RESPUBLIKASı TəHSIL NAZIRLIYI (IKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir::

lot 1 - Ümumi orta təhsil səviyyəsində Azərbaycan dili fənninin məzmunu üzrə təlim; Ümumi orta təhsil səviyyəsində Riyaziyyat fənninin məzmunu üzrə təlim; İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu üzrə təlim
lot 2 - İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi üzrə təlim; İbtidai təhsil səviyyəsində şagirdlərdə oxu bacarıqlarının inkişafı üzrə təlim; İbtidai təhsil səviyyəsində şagirdlərdə riyazi-məntiqi təfəkkürün inkişafı üzrə təlim
lot 3 - Ümumi orta təhsil səviyyəsində texniki və təbiət fənlərinin inteqrativ tədrisi üzrə təlim 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49, Təhsil muzeyi I mərtəbə, 143-cü otaq(Əlaqələndirici şəxs :Gülüstan Cəfərova, telefon :599-11-55 (daxili 5296)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 200 manat 
lot 2 - 0 manat 
lot 3 - 0 manat 

Hesab: AZ30CTRE00000000000002168501
VÖEN 1401555071
Bank: DXA 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Vergi orqanlarına təqdim edilmiş hesabatın surəti (sənədlərin təqdim edildiyi tarixə); Sosial ödəniş öhdəliklərinin icrası vəziyyəti ilə bağlı müvafiq səlahiyyətli quruma (Azərbaycan Respublikasında səlahiyyətli qurum Dövlət Sosial Müdafiə Fondudur) verilmiş hesabatlar; Dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin notariat qaydasında cari ildə təsdiq edilmiş surəti; Nizamnaməsinin notariat qaydasında cari ildə təsdiq edilmiş surəti; Təlimlərin keçirilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsinin olması barədə məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-10-03 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-10-11 18:00qədər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49, Təhsil muzeyi I mərtəbə, 143-cü otaq ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-10-12 15:00 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binası ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275