TENDER

Mərkəzi Bank tender elan edir
22 AVQUST
26

Mərkəzi Bank tender elan edir

2016-08-22 10:38:00

AZəRBAYCAN RESPUBLIKASıNıN MəRKəZI BANKı AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Mərkəzi Bankda istismarda olan Baş Mühasibat Sisteminin proqram platformasının Əsas şərtlər toplusunun 1 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənməsi və təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsi;
lot 2 - Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin proqram platformalarına Əsas şərtlər toplusunun 2 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi.
lot 3 - Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin proqram platformalarının Əsas şərtlər toplusunun 3 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq təkmilləşdirilməsi xidmətinin həyata keçirilməsi;
lot 4 - Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin texniki platformalarına Əsas şərtlər toplusunun 4 №-li Əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi. 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binası(Bakı şəhəri, R.Behbudov küçəsi, 90) (Əlaqələndirici şəxs :Elman Muradov , telefon :493-11-22 (499), faks: 493-83-41, ) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 100 manat 
lot 3 - 100 manat 
lot 4 - 100 manat 

Hesab: AZ25NABZ01701190000000001944
VÖEN 9900071001
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı 
Kodu: 501004
VÖEN: 9900071001
M/H: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T: BİK NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: -Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 2 (iki) il ərzində yerinə yetirilən xidmətlərini, müştərilərin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumat; -dəstəklənmə və təkmilləşdirmə xidmətinin göstərilməsi məqsədilə müvafiq sistem və avadanlıqların hər biri üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti; -tenderə təklif olunan texniki avadanlıqların və proqram məhsullarının istehsalçısı olan şirkətlərin İddiaçını tətbiqi-proqram kompleksini dəstəkləməyə müvəkkil etdiyini təsdiqləyən Avtorizasiya forması (Manufacturer Authorization Form); -iki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 18 noyabr 2016-cı il tarixinədək qüvvədə olmalıdır); 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-09-27 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-10-05 18:00qədər Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binası ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-10-06 15:00 tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272