TENDER

Yevlax Mərkəzi Xəstəxanası tender elan edir
19 AVQUST
40

Yevlax Mərkəzi Xəstəxanası tender elan edir

2016-08-19 09:58:00
Yevlax Şəhər Mərkəzi Xəstəxanası 2016-cı ildə inventarların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir:

Lot-1. İnventarların  satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lot üçün təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tender təkliflərinin qiymətləndirilməsi və  müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Ünvan: Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsi, 104. Əlaqələndirici şəxs: Yəhya Yəhyayev. Telefon: 022-33- 6-48-86.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

İştirak haqqı - 60 manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat: Yevlax Şəhər Mərkəzi Xəstəxanası

H/h: AZ 20 CTRE 00000000000002125031

VÖEN: 2200164361

Büdcə səviyyəsi: 7 y

İnzibati təsnifat: 142340

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN:1401555071

SWİFT BİK: CTRE AZ-22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- vergilərə və digər icbari ödənişlərə dair borcların olmaması barədə arayış;

- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır).

 İddiaçılar tələb olunan sənədləri  möhürlü zərflərdə 8 sentyabr 2016-cı il saat 17.00-a kimi  göstərilən ünvana təqdim etməlidirlər.

Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar tender təklifi və bank zəmanətini 19 sentyabr  2016-cı il saat 17.00-a kimi təqdim etməlidirlər.

Tender zərfləri 20 sentyabr  2016-cı il saat 11.00-da Yevlax Şəhər Mərkəzi Xəstəxanasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275