TENDER

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi tender elan edir
18 AVQUST
39

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi tender elan edir

2016-08-18 09:57:00
Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi 2016-cı ilin 4-cü rübü üçün maşın-mexanizmlərin ehtiyat hissələrinin, əsaslı və cari təmir işlərinə tələb olunan mal-materialların satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Lot-1.  Əsaslı və cari təmir işləri üçün  mal və materialların satınalınması.

Lot-2. Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.

 Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 30 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Horadiz  şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsindən  (əlaqələndirici şəxs: İ.D.Heydərov,  telefon: 0503510781) ala bilərlər.

Füzuli YXO

H/h: AZ 98AİİB 32051019448700201187

VÖEN: 7500063841

 "Kapital Bank"ın  Füzuli  filialı

 Kod: 200877

 VÖEN: 9900003611

Müxbir hesab:AZ 37NABZ 01350100000000001944

 S.W.İ.F.T.BİK  AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə  iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 23 sentyabr  2016-cı il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 30 sentyabr 2016-cı il saat 18.00-a qədər Horadiz  şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.  İddiaçıların təklifləri 3 oktyabr  2016-cı il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275