TENDER

Gənclər və İdman Nazirliyi tender elan edir
18 AVQUST
39

Gənclər və İdman Nazirliyi tender elan edir

2016-08-18 09:35:00
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 6 lot üzrə keçirilir:

Lot-1. "İstedadların hazırlığı laboratoriyası" III Respublika olimpiadasının yekun mərhələsinin keçirilməsinin ­satınalınması.

Lot-2. "İrəvan-Gecikmiş həqiqətlər" sənədli filminin, həmçinin "Kəlbəcər-virtual səyahət"-3D qrafik təsvirli filmlərin istehsalı, çoxaldılması və təqdimat mərasimlərinin təşkilinin satınalınması.

Lot-3. "Azərbaycan Tələbə Kartı" ilə bağlı təqdimat kampaniyasının təşkilinin satınalınması.

Lot-4. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Gənclik və dovlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda gənclərin regional forumlarının keçirilməsinin satınalınması.

Lot-5. Gəncə şəhərində "Gənclik və dövlət müstəqilliyi" mövzusunda konfransın keçirilməsinin  satınalınması.

Lot-6. "Gənclərin inkişafında qeyri - formal təhsilin rolu" beynəlxalq konfransın keçirilməsinin təşkili.

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar  465- 64-43 nömrəli  telefona müraciət edə bilərlər.

İddiaçılar hər lot üçün 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru) ala bilərlər. Bank:Dövlət Xəzinədarlıq Agentliyi

Kod : 210005

M/H: AZ 41 NABZ 01360100000000003944

VÖEN: 1401555071

SWIFT: CTREAZ22

Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

H/H: AZ 50 CTRE00000000000002147771

VÖEN: 1500171121

Büdcə səviyyəsinin kodu: 7

Təsnifat kodu: 142340

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-  iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış; 

-iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-  təklif (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 23 sentyabr 2016-cı il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 30 sentyabr 2016-cı il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə  tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər qəbul olunmayacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 3 oktyabr 2016-cı il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275