TENDER

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tender elan edir
17 AVQUST
59

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tender elan edir

2016-08-17 11:05:00
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası  "İçərişəhər"ərazisində Turizm İnfrastrukturu Mərkəzinin layihə-smeta sənədlərinin hazırlanması, "Böyük Qala küçəsi, 25 nömrəli ünvanda yerləşən ikimərtəbəli yaşayış binasının regenerasiya məqsədilə layihələndirilməsi" və XII əsrə aid  İçərişəhər Qala divarlarının bir hissəsinin (Salyan qapılarından  23-cü Bürcə qədər və Qoşa Qala qapılarından  Ə.Əliyev küçəsi, 9 nömrəli ünvana qədər)  mühəndis müayinəsi, texniki rəyin verilməsi  vəbərpa-gücləndirmə  layihəsinin  hazırlanması işlərinin  satınalması üçün AÇIQ TENDER ELAN EDİR
 
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
 Lot-1: "Böyük Qala küçəsi, 25 nömrəli ünvanda yerləşən ikimərtəbəli yaşayış binasının regenerasiya məqsədilə layihələndirilməsi işlərinin satınalınması.
 
Lot-2: XII əsrə aid ölkə əhəmiyyətli İçərişəhər Qala divarlarının bir hissəsinin (Salyan qapılarından  23-cü Bürcə qədər və Qoşa Qala qapılarından Ə.Əliyev küçəsi, 9 nömrəli ünvana qədər)  mühəndis müayinəsi, texniki rəyin verilməsi  və bərpa-gücləndirmə  layihəsinin  hazırlanması işlərinin satınalması.
Lot-3: "İçərişəhər"ərazisində Turizm İnfrastrukturu Mərkəzinin layihə-smeta sənədlərinin yerinə yetirilməsi işlərinin satınalması.
 
Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası, Bakı şəhəri, İçərişəhər, Böyük Qala küçəsi, 41/45 nömrəli (əlaqələndirici şəxs: Allahverdiyeva Aytən, telefon: (012) 437-30-49) ünvandan ala bilərlər.
 
Lot-1. 30 manat
Lot-2. 45 manat
Lot-3. 75 manat
VÖEN: 1700811061
Hesab: AZ 75 CTRE 00000000000002558504
Bank: (DXA) Dövlət Xəzinədarlığı Agentliyi
Kod:  210005
VÖEN :  1401555071
M/h:  AZ 41 NABZ 01360100000000003944
S.W.İ.F.T.  CTREAZ22
Büdcə təsnifatının kodu: 142319
Büdcə səviyyəsinin kodu: 3
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
 
-  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 8 sentyabr 2016-cı il, saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20 sentyabr 2016-cı il saat 17.00-a qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası  Bakı şəhəri, İçərişəhər, Böyük Qala küçəsi, 41/45  nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri lot-1  22 sentyabr 2016-cı il saat 10.00-da, lot-2  22 sentyabr 2016-cı il saat 11.00-da və lot-3  isə 22 sentyabr 2016-cı il saat 12.00-da  Elmi-İstehsalat Bərpa Emalatxanası  Bakı şəhəri, İçərişəhər, Böyük Qala küçəsi, 41/45 nömrəli ünvanda açılacaqdır.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272