TENDER

Mərkəzi Bank sığortaçı axtarır – TENDER ELANI
16 AVQUST
386

Mərkəzi Bank sığortaçı axtarır – TENDER ELANI

2016-08-16 10:29:00
Azərbaycan Respublikasının Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması məqsədilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq AÇIQ TENDER ELAN EDİR:

Tender proseduru 15 sentyabr 2016-cı il saat 16.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-  Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 27 oktyabr 2016-cı ilədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən bank təminatı formasında);

 - iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;

-  son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

 - iddiaçının 2015-ci il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı və 2016-cı ilin rüblük maliyyə hesabatlarının surətləri;

 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;

- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada);

- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

 İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 sentyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 1 sentyabr 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

 İştirak haqqı 150 (bir yüz əlli) manatdır.

 Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

M/h:AZ 74 NABZ 01451700000000001944

Kod: 501004

Hesab:  AZ 25 NABZ 01701190000000001944

VÖEN: 9900071001

 S.W.İ.F.T. BİK  NABZAZ2C

Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamenti.

 Xidmətin göstərilməsinə başlanma vaxtı:

27 oktyabr 2016-cı il.

Xidmətin göstərilməsi müddəti:

12 (on iki) ay.

Qiymətləndirmə meyarları: maliyyə amili, xidmətlər paketi üzrə sığorta şərtləri.

Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Tender üzrə əlaqələndirici şəxs: hüquq departamentinin əməkdaşı: Əfqan Baxışov  (afgan_bakhishov@cbar.az, Tel: 4931122 (daxili 482)

İnsan resursları departamentinin əməkdaşı: Aynurə Salihova aynura_salihova@cbar.az,

Tel: 4931122  (daxili 225).

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275