TENDER

FHN kamuflyaj alır - TENDER ELANI
02 AVQUST
197

FHN kamuflyaj alır - TENDER ELANI

2016-08-02 17:02:00

Fövqaladə Hallar Nazirliyi Maddi-Texniki Təhcizat İdarəsi (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Kamuflyaj rəngli isti səhra gödəkçəsi; Komuflyaj rəngli qış səhra geyim dəsti; Zeytun rəngli yaxası boğazacan yarım yun köynək; Zeytun rəngli trikotaj isti alt tuman-köynək; Zeytun rəngli yarım yun əlcək; Xəzli papaq


lot 2 - Xilasedici qış ayaqqabısı; Uzunboğaz çəkmə

lot 3 - Xilasedici qış geyim forması; Xadimə qış geyim dəsti; Fəhlə qış geyim dəsti; Xəstə qış geyim dəsti; Tibbi geyim dəsti; Tibbi gödəkçə

lot 4 - Zeytun rəngli bel kəməri; Zeytun rəngli şalvar qayışı; İplik dəsmal; İplik corab; Komuflyaj rəngli səhra çantası (dərs); Komuflyaj rəngli yataq torbası; Kamuflyaj plaş çadır; Göy rəngli kitel və şalvar (kişilər üçün) tikiliş işləri; Göy rəngli demisezon gödəkçə və şalvar (kişilər üçün) tikiliş işləri; Furajka tikiliş işləri; Pilotka tikiliş işləri; Göy rəngdə uzunqol köynək (kişilər üçün) tikiliş işləri; Göy rəngdə qısaqol köynək (kişilər üçün) tikiliş işləri; Mühafizə yay geyim dəsti; Mühafizə yay geyim dəsti üçün ayaqqabı; Mühafizə yay geyim dəsti üçün papaq; Aviasiya üçün xüsusi geyim dəsti; Polo maykalar üz və arxa hissəsində FHN yazıları ilə; Sandal; İdman geyim dəsti; İdman maykası; Papaq; Futbol corabı; Futbol forması; Futbol ayaqqabısı; Qapıçı əlcəyi; Hava gəmi çexolu (KA32A); Hava gəmi çexolu (Mi-172V); Hava gəmi çexolu toz əleyhinə (Mi-172v); Pilot kreslo çexolu KA-32A; Çexol Ka-32A PVD üçün; Pilot kreslo çexolu Mİ-172; Mühərrikin çıxış qurğusu çexolu

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xocahəsən-Lökbatan yolu, 7-ci km qərbi(Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :012 512 47 34) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 400 manat 
lot 2 - 400 manat 
lot 3 - 300 manat 
lot 4 - 300 manat 

Hesab: AZ11CTRE00000000000002658402
VÖEN 1401347471
Bank: Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal filialı 
Kodu: 805562
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-17 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016/08/26 09:00qədər Bakı şəhəri, Xocahəsən-Lökbatan yolu, 7-ci km qərbi ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016/08/29 15:00 tarixində Bakı şəhəri, Xocahəsən-Lökbatan yolu, 7-ci km qərbi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272