TENDER

Dövlət Yol Polisi tender elan edir
01 AVQUST
103

Dövlət Yol Polisi tender elan edir

2016-08-01 11:37:00

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 5 lot üzrə keçirilir::

lot 1 - BDYPİ Yol Patrul Xidmətinin istismarında olan radar, mühərrikin qaz analizi, narkotik maddələrin analizi, alkoqol analizi cihazı və yük avtomobillərinin çəkilməsi üçün mobil və stasionar tərəzi cihazlarının servisinin təşkil edilməsinin satın alınması 
lot 2 - Bakı şəhər və regional texniki müayinə mərkəzləri üzrə servis və təmir işlərinin satın alınması
lot 3 - BDYPİ-nin mərkəzi binanın isitmə, soyutma və kürəbənd işlərinin yenidən qurulması, avadanlıqların elektrik təchizatı və təmiri işlərinin satın alınması 
lot 4 - BDYPİ-nin mərkəzi binasında otaqların əsaslı təmirinin satın alınması 
lot 5 - BDYPİ-nin mərkəzi binasının çardağının dam örtüyünün dəyişdirilməsinin satın alınması  

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi, 4 (Əlaqələndirici şəxs :Emil Məmmədyarov , telefon :+994123423336) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 150 manat 
lot 2 - 150 manat 
lot 3 - 150 manat 
lot 4 - 150 manat 
lot 5 - 150 manat 

Hesab: AZ45CT00000000000002078506
VÖEN 1401555071
Bank: Dövlət Xəzinədarlıq Agentliyi  
Kodu: 210005
VÖEN: 9900063851
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-30 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016/09/07 17:00qədər Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi, 4 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-09-08 15:00 tarixində Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi, 4 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275