TENDER

Bədən Tərbiyəsi və İdman Akademiyası tender elan edir
27 İYUL
106

Bədən Tərbiyəsi və İdman Akademiyası tender elan edir

2016-07-27 10:41:00
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası AÇIQ TENDER ELAN  EDİR

Lot -1. Cari təmir işlərinin satınalınması.

 Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, F.X.Xoyski prospekti, 98 nömrəli (əlaqələndirici şəxs : Abbasov Tirman, otaq №214, telefon :(012)-564-09-00 ) ünvandan ala bilərlər .

İştirak haqqı: 100 manatdır.

Bankın adı:Dövlət Xəzinədarlıq ­Agentliyi  

Kod:210005       

VÖEN:1401555071            

M/H: AZ 41 NABZ 01360100000000003944            

S.W.İ.F.T: CTREAZ22       

Adı:Azərbaycan Dövlət Bədən Tərbiyəsi ­Akademiyası

H/H: AZ93CTRE00000000000002147773              

VÖEN:1500374911            

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, ,nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

 - digər sənədlər.

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 avqust 2016-cı il saat 17.00-a  qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 sentyabr 2016-cı il  saat 17.00-a qədər Bakı şəhəri, F.X.Xoyski prospekti, 98 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri  7 sentyabr  2016-cı il  saat 11.00-da Bakı şəhəri, F.X.Xoyski prospekti, 98 nömrəli  ünvanda,  214 -cü otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272