TENDER

Dəniz Adminstrasiyası tender elan edir
25 İYUL
93

Dəniz Adminstrasiyası tender elan edir

2016-07-25 12:38:00

Azərbaycan Respublikası Dövlət Dəniz Adminstrasiyasının Tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 5 lot üzrə keçirilir::

lot 1 - Dəniz buylarının satınalınması
lot 2 - Dəniz buylarına texniki xidmətin göstərilməsi
lot 3 - Tərcümə işlərinin satın alınması
lot 4 - Naviqasiya xəritələrinin və limanların akvatoriyasının planlarının hazırlanması işlərinin satın alınması
lot 5 - Avadanlığın satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Nərimanov rayonu,Yusif Vəzir Çəmənzəminli 119C, “AFEN PLAZA”(Əlaqələndirici şəxs :Abbasov Əmrah İmran oğlu, telefon :(012)-564-34-60) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 100 manat 
lot 3 - 100 manat 
lot 4 - 100 manat 
lot 5 - 100 manat 

Hesab: AZ33İBAZ38060019445719805206
VÖEN 1701638971
Bank: ABB Nərimanov filialı 
Kodu: 805540
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: İBAZAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-25 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-09-01 qədər Nərimanov rayonu,Yusif Vəzir Çəmənzəminli 119C, “AFEN PLAZA” ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-09-02 15:00 tarixində Nərimanov rayonu,Yusif Vəzir Çəmənzəminli 119C, “AFEN PLAZA” ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275