TENDER

"Azərbaycan Dəmir Yolları" tender elan edir
25 İYUL
53

"Azərbaycan Dəmir Yolları" tender elan edir

2016-07-25 09:25:00

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İNFRASTRUKTUR DEPARTAMENTI AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir::

lot 1 - 40 dəst çevirici tirlərin (R-65 1/11 üçün) satın alınması;
lot 2 - Kontakt şəbəkəsinin materiallarının (dəmir-beton dayaq, beton stəkan, kansol, fiksator, izolyator, kontakt naqili və digər naqillər), KTSM-PONAB avadanlıqların (balometr, maqnit datçiki, pedal, universal voltmetr), mexaniki təpə avadanlıqlarının (el.intiqalı, montaj naqili, kompressor ehtiyat hissələri, yavaşıdıcıların ehtiyat hissələri, təzyiqə davamlı rezin boru, su nasosu, əyləc şini (sağ, sol və orta), şinin bərkitmə boltu) satın alınması;
lot 3 - Rabitə avadanlıqlarının (magistral kabeli, rabitə kabeli, yerli rabitə kabeli, yerli rabi.şəbə.üçün qutular, park rabitəsi üçün gücləndirici, gücləndirici, park rabitəsi üçün rupor elektrodinamik uca səs başlığı, park rabitəsi üçün çöl danışıq pultu, maqnito-elektrik qoşucu, iş ləvazimatı, kabel üçün mufta, paylayıcı qutu, magistral şkaf, azbest boru, pripoy, konifol, mufta, fijikura-50, optik mufta, elektrod, keçid şlaqbaumun matoru, keçid zəngi, meqommetr, şunt, şup, kabel kanalizasiya quyuları üçün qapaqlar, OTN avadanl. üçün platalar, qida bloku, Y/D relsə birləş. izolya. elem.) satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, D.Əliyeva, 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti)(Əlaqələndirici şəxs :Qurbanov Əlikram Əli oğlu, telefon :(+99412) 499-62-19) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 100 manat 
lot 2 - 100 manat 
lot 3 - 100 manat 

Hesab: AZ57İBAZ38050019449345061205 (AZN)
VÖEN 9900007721
Bank: Azərbaycan Beynəlxalq Bankı “Nəqliyyat” filialı 
Kodu: 805711
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: o cümlədən beynəlxalq uyğunluq sertifikatı

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-24 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-09-01 18:00qədər Bakı şəhəri, D.Əliyeva, 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-09-02 11:00 tarixində Bakı şəhəri, D.Əliyeva, 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272