TENDER

Mədəniyyət və Turizm Naziliyi tender elan edir
20 İYUL
102

Mədəniyyət və Turizm Naziliyi tender elan edir

2016-07-20 12:33:00
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir:

Lot-1.Mədəniyyət tədbirlərinin təşkilinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 400 manat  iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Telefon: (99412) 4930204

Ünvan: Azərbaycan Respublikaşı, Bakı şəhəri, AZ 1000, Hökumət evl, III mərtəbə

VÖEN: 1700015381

H/h: AZ  78 CTRE 00000000000002178501

Bank rekvizitləri:

Bank: Dövlət Xəzinədarlıq
Agentliyi

VÖEN: 1401555071

SWİFT: CTREAZ22

M/h: AZ 41 NABZ 01360100000000003944

Kod:210005

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və  digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafıq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 8 avqust 2016-cı il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 15 avqust 2016-cı il saat 17.00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 16 avqust 2016-cı il  saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272