TENDER

Kənd Təsərrüfatı Nazirliyi tender elan edir
20 İYUL
100

Kənd Təsərrüfatı Nazirliyi tender elan edir

2016-07-20 12:06:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti 2016-cı ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması məqsədilə AÇIQ TENDER ELAN  EDİR:

Tender 2 (iki) lot üzrə keçirilir:

Lot-1. Bioloji preparatların, diaqnostikumların və reaktivlərin satınalınması.

Lot-2. Dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının və ləvazimatların satınalınması.

Tender proseduru 16 avqust 2016-cı il saat 15.00 -da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon,  3123-cü  məhəllə). Bioloji preparatların, dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir.  Tələb edilən mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat bazasına 2016-cı il dekabrın 30-na kimi təhvil verilməlidir.

Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin hesabına I lot üçün 2800 manat, II lot üçün isə  800 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi M.İ.Allahverənovdan ala bilərlər.

Telefon: (+99412) 562-97-72

Faks: (+99412) 562-66-06

Dövlət Xəzinadarlığı Agentliyi

7-ci fond

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T BİK CTREAZ22

Vəsaiti alan: Dövlət Baytarlıq Nəzarəti Xidməti

İBAN: AZ 27 CTRE 00000000000002577701

VÖEN: 1500504901

Tenderdə iştirak haqqı geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə, Dövlət Baytarlıq Nəzarəti Xidməti.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.

Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 15 avqust 2016-cı il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 16 avqust 2016-cı il saat 15.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.

İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.

İştirakçılar aşağıda qeyd olunmuş sənədləri 8 avqust 2016-cı il saat 17.00 -a kimi tender komissiyasına  təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və lisenziyası);

- iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 2 ildə aidiyyəti iş üzrə fəaliyyətinə dair müvafiq təsdiqedici sənədlər;

- iddiaçının son iki ildə maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış.

 Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Telefonlar : (+99412) 562-97-72 Faks: (+99412) 562-66-06 www.tender.gov.az

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275