TENDER

Azərişıq tender elan edir
19 İYUL
53

Azərişıq tender elan edir

2016-07-19 13:16:00

Azərişıq ASC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Elektrik Paylayıcı Şəbəkənin Yenidən qurulmasına Dair İnvestisiya Proqramı, Layihə 1 çərçivəsində regional elektrik paylayıcı şəbəkələr (EŞ) üçün İnformasiya Texnologiyalarının satın alınması


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ələsgər Qayıbov 8 (Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :440-39-93) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 300 manat 

Hesab: AZ83AIIB33020029441802068118
VÖEN 9900069391
Bank: Kapital Bankın Rabitə filialı 
Kodu: 200189
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: 1. İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, şəbəkə, kompyuter avadanlıqlarının və proqram təminatının təchizində və satınalınmasında (və ya buna oxşar sahədə) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, \"Dövlət Satınalmaları haqqında\" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi -texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər; 2. Son 1 il ərzində yerinə yetirilmiş illik xidmətlərin həcmi 500.000 (beş yüz min) manatdan az olmamalıdır. 3. Oxşar qurumlarla (kommunal) 3 ildən az olmayaraq iş təcrübəsi olmalıdır. 4. Son 1 il ərzində ən azı bir dəfə analoji xarakterli və həcmli xidmətlərin yerinə yetirilməsində baş podratçı təcrübəsinin olması (tələbatı ödəmək üçün xidmətlər ən azı 70% yerinə yetirilməlidir). 5. İKT sahəsi üzrə (vmware, Microsoft Windows, MSSQL, RedHat, HP avadanlığı, UML və s.) sertifikatlaşdırılmış mütəxəssis heyətinə malik olmalıdır; 6. Mallara göstəriləcək texniki xidməti və ya malların ehtiyyat hissələrini təmin etmək məqsədilə İddiaçı Bakı şəhərində müvafiq xidmət mərkəzi və müvafiq sertifikatlaşmış işçi heyəti olan malgöndərənlərə malik olmalıdır; 7. Sifarişçi tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir. 8. Oxşar funksional/ texniki xüsusiyyətlərə malik olan informasiya sistemlərinin tətbiq edilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi sahəsində son üç il ərzində ümumi dəyəri ən azı 2 000 000 AZN-ə bərabər icra olunmuş bir və ya 1 000 000 AZN-ə bərabər iki müqavilənin olması; 9. Son üç il ərzində minimal orta illik dövriyyənin ən azı 10 000 000 AZN-ə bərabər olması; 10. Mövcud müqavilə öhdəlikləri çıxılmaqla, kredit xətti sənədlərinin əlavə olunduğu İşlək Kapitaldan ibarət olan ən az 500 000 AZN maliyyə resurslarına malik olması;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-23 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-09-01 12:00qədər Ələsgər Qayıbov 8 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-09-02 15:00 tarixində Ələsgər Qayıbov 8 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272