TENDER

Təhsil Nazirliyi tender elan edir
19 İYUL
47

Təhsil Nazirliyi tender elan edir

2016-07-19 11:33:00

Azərbaycan Respublikası Təhsil nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 2 lot üzrə keçirilir::

lot 1 - “Təhsil müəsisələrinin elektron lövhə və proyektorlarla təmin olunması”;
lot 2 - “Ümumtəhsil müəssisələrinin pedaqoji, inzibati idarəetmə və köməkçi heyətini əhatə edəcək təhsildə İKT-nin tətbiqi üzrə ixtisasartırma və stajkeçmə xidmətlərinin satın alınması”

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti, 909-cu məhəllə (Əlaqələndirici şəxs :Vilayət Abdulxalıqlı, telefon :(+99412) 565-02-37 (daxili nömrə: 2022, faks: (+99412) 565-02-38)) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 1500.00 manat 
lot 2 - 2000.00 manat 

Hesab: Büdcə səviyyəsinin kodu:7; Büdcə təsnifatının kodu:142340;Hesab №: AZ73CTRE00000000000002168503
VÖEN 1501267101
Bank: Dövlət Xəzinədarlığı Agentliyi 
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-04 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-08-18 18:00qədər Bakı şəhəri, Azadlıq prospekti, 909-cu məhəllə ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-08-19 12:00 tarixində Bakı şəhəri, Azadlıq prospekti, 909-cu məhəllə (Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin konfrans zalında) ünvanında açılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272