TENDER

Mərkəzi Bank tender elan edir
14 İYUL
135

Mərkəzi Bank tender elan edir

2016-07-14 13:41:00
Azərbaycan Respublikası Mərkəzi Bankı “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üçün xidmətin satınalınması ilə bağlı TENDER ELAN EDİR:

Tender proseduru 12 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 27 sentyabr 2016-cı il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə dövlət orqanından arayış;

- iddiaçıların oxşar işlərdə son 3 (üç) il ərzində təcrübəsinin olması, o cümlədən maddi-texniki bazası (peşəkar işçi heyəti və zəruri proqram təminatının mövcudluğu) barədə məlumat;

- əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 11 avqust 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci  2 avqust 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

Kod: 501004

 VÖEN: 9900071001

Hesab: AZ 25 NABZ 01701190000000001944

Müxbir hesab:  AZ 74 NABZ 01451700000000001944 

S.W.İ.F.T. BİK  NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, texniki amillər (iş təcrübəsi (oxşar işlər üzrə korporativ müştərilərə xidmət) və maddi-texniki baza (peşəkar işçi heyəti və zəruri proqram təminatının mövcudluğu).

Tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Əlaqələndirici şəxs:  Elvin Şirdanov (Hüquq Departamentinin əməkdaşı), telefon: 493-11-22 (428) Məlik Mövsümzadə (Statistika Departamentinin əməkdaşı), telefon: 493-11-22 (293).

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275