TENDER

Kənd Təsərrüfatı Nazirliyi tender elan edir
08 İYUL
79

Kənd Təsərrüfatı Nazirliyi tender elan edir

2016-07-08 10:34:00

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Təhcizat Bazası AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 3 lot üzrə keçirilir::

lot 1 - İnzibati Binanın 1-ci,2-ci və 3-cü mərtəbələrində əsaslı tikinti təmir işlərinin aparılmasının satın alınması
lot 2 - Baytarlıq biopreparatlarının saxlanması üçün soyuducu kameraların quraşdırılmasının satın alınması
lot 3 - Anbarlarda baytarlıq biopreparatlarının, müalicəvi dərman maddələrinin və ləvazimatların saxlanması üçün rəflərin quraşdırılmasının satın alınması 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri,N.Nərimanov rayonu, Böyükşor stansiyası,8-ci Köndələn(Əlaqələndirici şəxs :Günay Vahid-zadə, telefon :012 514 88 42) ünvanından ala bilərlər . 

İştirak haqqı

lot 1 - 800 manat 
lot 2 - 700 manat 
lot 3 - 250 manat 

Hesab: AZ82IBAZ38070019441609722202
VÖEN 1500285191
Bank: “Azərbaycan Beynəlxalq Bankı” Binəqədi filialı  
Kodu: 805584
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: İddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat; 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2016-08-10 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2016-08-17 17:00qədər Bakı şəhəri,N.Nərimanov rayonu, Böyükşor stansiyası,8-ci Köndələn, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazasının inzibatı binasının 3-cü mərtəbəsi, qəbul otağı ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2016-08-18 11:00 tarixində Bakı şəhəri,N.Nərimanov rayonu, Böyükşor stansiyası,8-ci Köndələn, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazasının inzibatı binası ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275