TENDER

İqtisadiyyat Nazirliyi tender elan edir
30 İYUN
124

İqtisadiyyat Nazirliyi tender elan edir

2016-06-30 09:54:00
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “İqtisadiyyat Nazirliyi üçün avadanlıq və proqram təminatının satınalınması” layihəsinə dair AÇIQ TENDER ELAN EDİR:

İşlərin yerinə yetirilməsi müddəti 9 aydır.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı. Tenderdə iştirak etmək istəyənlər 300 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi.

Əlaqələndirici şəxs: Həşimli Asiman Rəşid oğlu, tel: 493-88-67 (daxili: 23-04)

Təşkilatın adı:   İqtisadiyyat Nazirliyi

VÖEN: 1700012751

Hesab:  AZ 82 CTRE 00000000000002098501

Bank rekvizitləri:  Dövlət Xəzinədarlığı Agentliyi Kod: 210005

M/h: AZ 41 NABZ 01360100000000003944

VÖEN: 1401555071

SWİFT: CTREAZ22

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi

Telefon: 493-88-67;

Faks: 498-85-19

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son iki il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə qalır);

- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;

- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 3 avqust 2016-cı il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 12 avqust  2016-cı il saat 17.00-dək İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 15 avqust 2016-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271